ŞƏRİFOVA Salidə Şəmməd qızı.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problema-tikası, obrazları və bədii dili. – Bakı, “Elm və Təhsil”, 2022. – 444 səh.
Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsu-siyyəti, problematikası, obrazları və bədii dili” adlı monoqrafiyasında Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı yaranmış bədii nümunələrin janr xüsusiyyəti, problematikası, obrazlar qaleriyası, bədii dil baxımından fərqlənməsinə aydınlıq gəti-rilir. Salidə Şərifova XX əsrin sonunda Qarabağda etnik münaqişənin kəskinləşməsi-nin Azərbaycan ədəbiyyatında yer almasına toxunur, bu münaqişələri əks etdirən bədii nümunələri geniş təhlilə cəlb edir. Müəllif Birinci Qarabağ müharibəsinə və Vətən müharibəsinə həsr olunmuş bədii və publisistik əsərlərdə gələcəyə nikbin ümidin, qə-ləbə əzminin və təntənəsinin əksini tapmasını qeyd edir.
KİTABA BİRBAŞA KEÇİD LİNKİ: https://cloud.mail.ru/public/9rL4/o6tPeeVKS
Sizi, 5 noyabr 2025-ci il tarixində, saat 13:00 -da Azərbaycan İstiqlal Muzeyində Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş Salidə Şərifovanın “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyətləri, problematikası, obrazları və bədii dili” adlı kitabının təqdimat mərasiminə və Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın şəxsi əşyalarından ibarət sərgiyə dəvət edirik.

