2025-07-23
Şuşada Vaqif Poeziya Günləri
Şuşada Vaqif Poeziya Günləri: Sözün, ruhun və irsin böyük bayramı
Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, klassik poeziyamızın nəhəng sütunu Molla Pənah Vaqifin ölməz irsinə həsr olunan ənənəvi Vaqif Poeziya Günləri bu il də zəngin proqramla, yüksək mənəvi-ədəbi ruhda qeyd olunur.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşan bu möhtəşəm ədəbi tədbirlər silsiləsi iyulun 14-də Vaqifin doğulub boya-başa çatdığı Qazax rayonundan start götürmüş, iyulun 15-də Gəncə şəhərində, 16-da isə Ağdamda davam etmişdir. Bu poeziya karvanı sonda öz təbii və mənəvi zirvəsinə – Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində çatmışdır.
22–23 iyul tarixlərində Şuşada keçirilən mərasimlər həm Vaqif irsinə ehtiramın, həm də azad Qarabağın dirçələn mədəni həyatının təntənəsidir.
İyulun 22-də dahi şairin Şuşada ucaldılmış möhtəşəm məqbərəsi önündə keçirilən rəsmi açılış mərasimi Vaqif Poeziya Günlərinə mənəvi və simvolik bir başlanğıc verdi. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY təşkilatının rəsmiləri, Azərbaycanın və qardaş türk dövlətlərinin tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, gənc yazarlar və poeziya həvəskarları iştirak etmişlər.
Şuşada baş tutan poeziya günləri çərçivəsində bədii-musiqili kompozisiyalar, ədəbi çıxışlar, şeir dinləmələri, sərgilər və müxtəlif yaradıcılıq görüşləri təşkil olunmuş, Molla Pənah Vaqifin zəngin irsi yeni poetik təfsirlərlə yenidən səsləndirilmişdir.
Bu tədbirlər bir daha sübut edir ki, azad olunmuş torpaqlarda mədəni həyatın dirçəlməsi sadəcə fiziki yenidənqurma deyil – bu həm də ruhun, sözün və yaddaşın bərpasıdır. Vaqif Poeziya Günləri isə bu ruhun canlı simvoludur.
Дни поэзии Вагифа в Шуше — торжество слова, духа и наследия
Традиционные Дни поэзии Вагифа, посвящённые бессмертному наследию одного из выдающихся представителей азербайджанской классической поэзии Молла Панаха Вагифа, и в этом году проходят с особым размахом, наполненные высоким художественным и духовным содержанием.
Организаторами этого масштабного литературного праздника выступили Фонд Гейдара Алиева, Министерство культуры и Союз писателей Азербайджана. Праздничные мероприятия стартовали 14 июля на родине великого поэта — в Газахском районе, продолжились 15 июля в Гяндже, 16 июля — в Агдаме, и, достигнув своей духовной и символической кульминации, 22–23 июля состоялись в сердце азербайджанской культуры — городе Шуша.
Мероприятия, прошедшие в Шуше 22–23 июля, стали не только данью уважения к поэтическому гению Вагифа, но и живым воплощением возрождения культурной жизни на освобождённых землях.
Официальное открытие праздника состоялось 22 июля у величественного мавзолея Молла Панаха Вагифа в Шуше. В торжественной церемонии приняли участие министр культуры Адиль Керимли, председатель Союза писателей Азербайджана, народный писатель Анар Рзаев, специальный представитель Президента по городу Шуша Айдын Керимов, президент Фонда тюркской культуры и наследия Актоты Раимкулова, представители организации ТЮРКСОЙ, а также видные деятели литературы и искусства из Азербайджана и братских тюркских государств, писатели, поэты, интеллигенция и многочисленные поклонники поэзии.
В рамках поэтических дней в Шуше были организованы художественно-музыкальные композиции, литературные выступления, чтения стихов, выставки и творческие встречи. Наследие Молла Панаха Вагифа вновь прозвучало — с новым чувством, в новой интерпретации, но с прежней духовной силой.
Эти события вновь доказывают, что культурное возрождение на освобождённых территориях — это не только восстановление архитектуры и инфраструктуры, но и возвращение духа, слова и исторической памяти. А Дни поэзии Вагифа — живой символ этого великого возвращения.
Vagif Poetry Days in Shusha — a Celebration of Word, Spirit, and Heritage
The traditional Vagif Poetry Days, dedicated to the immortal legacy of one of the brightest figures of Azerbaijani classical literature, Molla Panah Vagif, are once again being held with grandeur, resonating with artistic elegance and deep spiritual meaning.
Organized by the Heydar Aliyev Foundation, the Ministry of Culture of the Republic of Azerbaijan, and the Union of Azerbaijani Writers, this magnificent literary celebration began on July 14 in Gazakh — the birthplace of the great poet. The festivities continued in Ganja on July 15 and in Aghdam on July 16, reaching their symbolic and spiritual peak on July 22–23 in the cultural capital of Azerbaijan — the city of Shusha.
The events held in Shusha on these days were not only an expression of reverence for Vagif’s poetic genius, but also a vivid manifestation of the revival of cultural life in the liberated territories.
On July 22, a solemn opening ceremony took place before the majestic mausoleum of Molla Panah Vagif. The event gathered esteemed guests, including the Minister of Culture Adil Karimli, the Chairman of the Union of Azerbaijani Writers and People’s Writer Anar Rzayev, the Special Representative of the President in Shusha Aydin Karimov, the President of the Turkic Culture and Heritage Foundation Aktoty Raimkulova, representatives of TÜRKSOY, as well as prominent literary and cultural figures from Azerbaijan and fraternal Turkic nations, writers, poets, scholars, and passionate admirers of poetry.
The celebration featured musical and literary compositions, poetry recitations, exhibitions, and creative gatherings. The rich legacy of Molla Panah Vagif once again echoed across the cultural heights of Shusha — renewed in expression, yet eternal in spirit.
These days of poetry once more affirm that the cultural revival of the liberated lands is not merely about physical restoration — it is the return of spirit, language, and collective memory. Vagif Poetry Days stand as a living emblem of this profound return.
Elvira Atluxanova