(I hissə)
Novruz türk xalqlarının ən qədim mövsüm mərasim sistemlərindən biridir. Dörd çərşənbə – Su, Od, Yel və Torpaq – kainatın yaradılış modelinin mərhələli strukturunu əks etdirir. Bu struktur mifoloji düşüncənin elementar təbiət ünsürləri üzərində qurulduğunu göstərir.
Yel çərşənbəsi dörd ünsür içərisində dinamik və keçid xarakterli mərhələdir. Əgər su ilkin həyatın başlanğıcıdırsa, od enerjinin, yel isə hərəkətin və ruhun simvoludur. Bu baxımdan Yel çərşənbəsi kosmik aktivləşmə mərhələsini təcəssüm etdirir.
Yel kultunun tarixi-mifoloji kökləri vardır. Türk-müsəlman dünyasında «Yel çərşənbəsi» ilaxır çərşənbələrin axırıncısı hesab olunur. Deməli, ilaxır çərşənbələrindən biri də Yeldir. Yel həyatın, varlığın mövcud olmasında dörd ünsürdən biridir. Xalqımız yazqabağı keçirdiyi Yel çərşənbəsi mərasimində cansız torpağı və suyu durğunluqdan çıxaran, canlılara nəfəs verən, öz hərəkətliyini, dinamikliyini onlara keçirən, bu xüsusiyyətlərinə görə ruhla eyniləşdirilən yel «odla birlikdə mənəvi (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc torpağa, suya əks cəbhədə durur».
Dünyanın mənəvi, ruhi tərəflərinin kişilərlə, maddi, əşyavi tərəflərinin isə qadınlarla əlaqələndirilməsini qeyd edən R.Qafarlı qeyd edir ki, «Lakin od və hava işə qarışmasa, maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz, atalar sözündə qeyd edildiyi kimi «Yel olmasa, sel olmaz», «Yel gətirib, gün qurudub», «Yel eyləyəni fələk eləyə bilməz», «Yel üfürüb şişirtdiyini göyə qaldırar».
Türk mifoloji sistemində təbiət ünsürləri ilahiləşdirilmiş və antropomorf obrazlar şəklində təsəvvür olunmuşdur. Yel – nəfəs, ruh, həyat enerjisi kimi qəbul edilmişdir. Qədim türklərdə “yel” anlayışı təkcə fiziki külək deyil, həm də ruhun hərəkəti mənasında işlədilmişdir.
Arxaik kosmoqonik təsəvvürlərdə kainatın yaranması xaosdan kosmosa keçid kimi başa düşülür. Bu keçid prosesində hərəkətverici qüvvə kimi yel elementi çıxış edir. Yel xaosu hərəkətə gətirən, sükutu pozan və yeni düzəni formalaşdıran başlanğıcdır.
Yel Baba xalq inanclarında küləyi idarə edən müqəddəs varlıq kimi təsəvvür edilir. O, həm qoruyucu, həm də cəzalandırıcı xüsusiyyətlərə malikdir. Əkinçilik təsərrüfatında küləyin rolu həyati əhəmiyyət daşıdığından Yel Baba bolluq və məhsuldarlıqla əlaqələndirilmişdir.
Yel Baba obrazının funksiyaları:
Tənzimləyici funksiya – təbiət balansını qorumaq
Keçid funksiyası – qışdan yaza transformasiya
Təmizləyici funksiya – mənfi enerjini uzaqlaşdırmaq
Kommunikativ funksiya – insanla kosmos arasında vasitəçi olmaq
Bu obraz şamanist düşüncə ilə də əlaqələndirilə bilər. Şaman ayinlərində külək ruhların hərəkəti ilə assosiasiya olunur. Xalq arasında «Külək oyadan çərşənbə», «Yelli çərşənbə», «Küləkli çərşənbə», muğan zonasında «Heydər çərşənbə» kimi tanındığı (A.Nəbiyev), bu çərşənbədə oyanan yel və küləyin ərzi gəzib, oyanmış suyu, odu hərəkətə gətirdiyi bildirilir. Yel çərşənbəsində «əsən isti və ya soyuq küləklər yazın gəlişindən» xəbər verdiyi, Gün ərzində küləyin bir neçə dəfə dəyişdiyi, bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edildiyi söylənir: «Əski etiqadlara görə, torpaq altında «qara nəhrdə» yatmış dörd cür Külək Yer üzərinə çıxaraq əvvəlcə təmizlənir, sonra isə müxtəlif libaslarda özünü göstərir. Libasların adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik geyimi xüsusi məna daşıyır. Belə ki, türk mifologiyasında Ağ yelağ libasda, Qara yelQara libasda, Xəzrigöy libasda, Gilavarqırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi günü Yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır. Yer üzərini gəzib dolaşan Yer mifik təsəvvürdə antropomorfik obraza çevrilir» (2.s.262-263)
Yel çərşənbəsi ilə bağlı inanclar. Bir sıra xalqların inanclarında, müqəddəs kitablarında Yelin dünyanı idarə edən tanrılardan biri hesab olunduğu, kult, tanrı səviyyəsinə yüksəldiyi məlumdur. «İncil»də, «Zəbur»da Yel allahının qüdrəti vəsf olunduğu, «Tövrat»da dörd Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs olunduğu, «Qurani-Kərim»də isə Yelin Böyük Yaradan tərəfindən göndərildiyi, onun allahın mərhəmət və cəza antropomorfu olduğu qeyd edilir.
«Munisnamə»yə görə, Azərbaycanda lap qədimlərdə hava və suların hamisi bir məxluqdur. «Bir əlini yerə dirəyən, digərini isə göyə dikən Səhayıl (qədim türk tanrısı Səbayel bəlkə də bu inancdan yaranmışdır) dəniz suyunun və küləklərin qoruyucusudur. O, göyə yüksələn əli ilə sərt küləklərin, qasırğanın, yerə dikələn əli iləsə coşub-daşan dəniz sularının qarşısını alır. Əgər Səhayıl sol əlini yerdən götürsə, dəniz suyu kükrəyib bütün çölləri, düzləri basar, insanlar sulara qərq olar, boğulub ölər, sağ əlini aşağı sala, tufan, qasırğa qopar, dünya üzünü silib aparar, canlı varlıqlardan əsər-əlamət qalmaz» (1.s.56).
«Avesta»da zərdüştilərin küləyi müqəddəs sayır: «...Yelin gücü qüdrətli Hörmüzün gücüdür... Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır».
Yunan mifologiyasında Yel «baba», «allah» (M.Adilov) hesab edilir. Yunan mifologiyasında «bütün küləklərin mənşəyi tənha bir adada yaşayan Eol ilə əlaqədardır. Eol dörd oğlunu mağarada saxlayır. Onların hər birini növbə ilə dünyanı gəzməyə yola salır. Bu səbəbdən də Yer üzündə dörd cür külək əsir» (2.s.263).
Yunan mifologiyasında üç külək - Zefir, Borey, Not dünyanın, eləcə də onun ayrı-ayrı elementlərinin yaranmasında fəal iştirak edən, cansız varlıqlara Can verən, bəzən fəlakətlərin törədicisinə çevrilən, bəzən də sadəcə olaraq insanlara bəlalı xəbərlər gətirməklə kifayətlənən mifiklərdir. Zefir xeyirli külək olub özü ilə isti yağışlar gətirir, torpağa səpir, bitkiləri oyadır, təbiəti canlandırır «o soyuq qəlbli Boreydən və Quru Notdan incik düşmüşdü, çünki uşaqlıqda onlardan çoxlu əzab-əziyyətlər görmüşdü. Borey ruslarda «burya», bizdə «Boğanaq» adlanır. Borey dəlisov xasiyyətli olub, ölü qızları çox sevir (yunan təsəvvüründə), onları həyasızcasına qaçırır, heç vaxt ələ keçmir. «Əski Şərq mifoloji sistemində isə dünyanın dörd tərəfində (aşağı, yuxarı, sağ, sol) yaşayan dörd külək (Qəpb, Şərq, Cənub, Şimal) mövcuddur. Onların ikisi mülayim xasiyyətli (Cənub və Şərq küləkləri), ikisi isə sərtdir (Şimal və Qərb küləkləri) (1.s.58).
Bəzi tədqiqatçılar Yel babanın dünyanın ayrı-ayrı elementləri arasında «rabitə yaradan vasitə» (R.Qafarlı) bilir.
Yel çərşənbəsində küləyin istiqaməti xüsusi əlamət kimi qəbul edilir:
Sərin və yumşaq külək – bərəkət əlaməti
Şimal küləyi – sərt yaz
Cənub küləyi – bol məhsul
Xalq arasında belə inanclar mövcuddur ki, həmin gecə əsən külək torpağı oyadır. Bu “oyanış” mifoloji baxımdan torpağın canlanması kimi izah edilir.
***
Yel çərşənbəsində aşağıdakı mərasim elementləri müşahidə olunur:
Tonqal qalamaq. Küləklə alovun təması təbiət qüvvələrinin vəhdətini simvolizə edir.
Qapı pusmaq. Gələcək haqqında eşidilən ilk sözün tale ilə əlaqələndirilməsi qədim falçılıq praktikasının davamıdır.
Ağaclara parça bağlamaq. Külək vasitəsilə arzuların ilahi qüvvəyə çatdırılması inancı mövcuddur.
Su və külək sintezi. Bəzi bölgələrdə suyun üstünə üfürmək və ya küləyə su səpmək kimi ayinlər həyata keçirilir.Yel çərşənbəsində «oğlanlar tonqal qalayır, lopa fırladır, atəşfəşanlıq edir, bacalardan qurşaq, papaq, dəsmal atıb bayram payı istərkən qızlar qulaq falına çıxır, niyyətlə kilidi qıfıllayıb açarı götürür və çölə çıxanda ilk eşitdiyi sözü niyyətinə yozardı. Elə buna görə də küsülülərin barışdığı, ürəklərin sevinc və fərəhlə kövrəldiyi bu günlərdə dalaşmaq, ağır söz söyləmək olmazdı. Axı bunu qulaq falına çıxan adam eşidib, bütün il boyu kədərlənərdi» (3.s.160-161).
Külək əsməyəndə, xırmanı sovurmaq gələndə oxuyardılar:
Heydər, heydər əsə gəl,
Yeddi xırman basa gəl.
Qırıldı oğul-uşax,
Dəsmal götü, yasa gəl.
Çətir-çətir bulut gəl,
Uşaxları ovut gəl.
Xırmansavırırbaba
Arpa, buğda, noxutgəl.
Heydər, əsipsugəti,
Uşağayuxugəti,
Keçip çəmən-çiçəkdən,
Ətirriqoxugəti. Və.s
Küləklərgüclü olanda «küləyiyatırmaxistəyəndə ananınilkiyorğanı ilə ələyin üstünü örtüfdeyərlər:
Küləkyat,
Ələkyat,
Mənanamınilkiyəm,
Ağzı qaratülküyəm.
Küləkyat,
Ələkyat,
Küləkbaba,
Ələkyatdı,
Səndə yat!
YelbabamərasimlərindənolanXırmanvaxtı oxunannəğmələrə diqqətyetirək:
A Yel baba, Yel Baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən yığılıb dağ olsun,
Yel Babamız sağ olsun.
A yel baba, yel baba,
Qurban sənə, gəl, baba.
Taxıllar yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, yel baba,
Qurban sənə, gəl, baba (4.s.41).
Yel çərşənbəsi mərasimlərində oxunan nəğmələr «Yel baba» nəğmələri adı ilə tanınır.
Heyva, narın iyi gəlir,
Əs, ey gilavar, gilavar,
Güldən xarın iyi gəlir,
Əs, ey gilavar, gilavar,
Səndən yarın iyi gəlir,
Əs, ey gilavar, gilavar,
Ay xoş gilavar, gilavar.
A yel baba, yel baba,
Qurban sənə, gəl baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı,
A yel baba, yel baba,
Qurban sənə, gəl, baba.
Yel çərşənbəsi ilə bağlı inamlar, etiqadlar xalq içində yaşayır. Çox külək əsəndə, kəsməyəndə yeltutara un atır və deyirlər:
Çat payıva,
Get öyüvə.
Belə eləsən, külək yavaşıyıb çəkilər» (5.s.23).
Yellə bağlı atalar sözləri məzmunca maraqlıdır:
Yel aparan yelinki,
Yerdə qalan mənimki.
Yelə tüpürsən öz üstünə gələr.
Yel qayadan nə aparar?
Yelnən gələn, selnən gedər,
Elnən gələn, Gülnən gedər.
Yelə dedilər:- Əsmə!
Dedi:-Kələyimi kəsmə.
Yelin zarafatı qovmaqla başlanar.
Yelə verdiyin düşmənə qismət olar.
Yelin işi elnən deyil, külnəndi.
Yel olmasa, sel də olmaz.
Yelə qoşulan çox uzağa getməz.
Yeldən Aman diləməzlər (1.s.60).
Yel çərşənbəsinin sosial-fəlsəfi mahiyyəti vardır. Bu mərasim kollektiv şüurun yenilənməsinə xidmət edir. İnsan və təbiət harmoniyasının bərpası, icma birliyinin möhkəmlənməsi və psixoloji təmizlənmə funksiyası daşıyır.
Yel çərşənbəsi keçid ritualıdır:
Köhnə zamanın bitməsi
Yeni zamanın başlanması
Xaosdan kosmosa keçid.
Türk xalqlarının digər bölgələrində də külək kultu müşahidə edilir. Orta Asiya mifoloji sistemində külək ruhları məhsuldarlıq və hava hadisələri ilə əlaqələndirilir. Bu paralellər Yel çərşənbəsinin arxaik köklərə malik olduğunu sübut edir.YelBabakultutürkxalqlarındavardır. Məsələn, «türkmenlərinbaşlıcaziyarətyerləri «BOZÇEVİKLİ VƏ YELBABA» türbələridir» (6.s.61).
GüneyAnadoluvilayətitürkmənoymaklarıdır. Burada xalq arasında inamlarda bildirilir ki,
Küləklərə fəsillərinə görə ad verilir. Türk ellərində qış rüzgarları quzey və doğu rüzgarları olarak tanınır və rüzgarın adına «külək yel» deyilir. Kuzey rüzgarına «poyraz», doğu rüzgarına «qışyeli» ismi verilir (6.s.286).
Aparılan təhlillər göstərir ki, Yel çərşənbəsi yalnız mövsüm mərasimi deyil, bütöv bir mifoloji modelin tərkib hissəsidir. Yel Baba obrazı türk mifoloji şüurunda kosmik balansın qoruyucusu kimi çıxış edir. Yel çərşənbəsi təbiət ünsürlərinin harmoniyasını və insanın kainatla əlaqəsini simvolizə edən arxaik ritual-mədəni kompleksdir.
Ədəbiyyat
NOVRUZDA YEL ÇƏRŞƏNBƏSİ: MİFOLOJİ YADDAŞ, RİTUAL ESTETİKASI VƏ YEL BABA FENOMENİ
(II hissə)
Novruz təqvim mərasimi olmaqdan əvvəl dünyagörüşüdür. O, yalnız ilin dəyişməsi deyil, kosmik ritmin yenilənməsi, zamanın öz içində təzələnməsi hadisəsidir. Dörd çərşənbə – su, od, yel və torpaq – sadəcə təbiət ünsürlərinin ardıcıllığı deyil, mifoloji kosmoqoniyanın mərhələli modelidir. Bu modeldə hər ünsür kainatın təşəkkül prosesində bir funksiyanı icra edir. Su başlanğıcın, od enerjinin, torpaq maddi bərkinmənin simvolu olduğu halda, yel hərəkətin, nəfəsin və canlanmanın təcəssümüdür.
Yel çərşənbəsi bu ardıcıllıqda keçid nöqtəsidir. O, sükutdan hərəkətə, qışın donuq zamansızlığından yazın axıcı zamanına transformasiyanı bildirir. Əgər su və od kosmik başlanğıcın ilkin aktlarıdırsa, yel həmin aktın dinamizmini təmin edən ruhdur. Bu mənada Yel çərşənbəsi yalnız folklor hadisəsi deyil, dərin mifoloji arxetipin yaşaması və təzələnməsidir.
***
Yel anlayışının arxaik semantikası. “Yel” sözü türk dillərində yalnız meteoroloji hadisəni ifadə etmir. O, nəfəs, ruh, can, hərəkət və səs semantikasını daşıyır. Arxaik düşüncədə nəfəs həyat deməkdir; nəfəs kəsildikdə həyat dayanır. Buna görə də yel – kainatın nəfəsi kimi təsəvvür edilir.
Mifoloji təfəkkürdə dünya ilkin xaos vəziyyətindədir. Hərəkət başlayanda kosmos yaranır. Bu hərəkəti yaradan qüvvə isə metaforik olaraq yel kimi düşünülür. Yel sükutu pozur, suyu dalğalandırır, odu alovlandırır, torpağı oyadır. Bu baxımdan yel kosmoqonik impulsdur.
Türk mifoloji şüurunda təbiət antropomorflaşdırılır; külək şəxsiyyət qazanır, iradə sahibi olur. Bu personifikasiya yalnız poetik obraz deyil, ibtidai insanın təbiətlə dialoqunun nəticəsidir. İnsan küləyi hiss edir, amma görmür; onun varlığı görünməzdir, lakin təsiri realdır. Bu görünməz reallıq mifoloji şüurun əsas kateqoriyalarından biridir.
Yel çərşənbəsi: təqvim ritualından kosmik modelə. Yel çərşənbəsi Novruzdan əvvəlki dörd mərhələnin üçüncüsüdür. Bu mərhələdə artıq təbiətin oyanışı hiss olunur. Küləyin istiqaməti, səsi, gücü xüsusi əlamət kimi qəbul edilir. Xalq inanclarında deyilir ki, həmin gecə əsən külək torpağın damarlarına can verir.
Ritual strukturu baxımından Yel çərşənbəsi keçid mərasimidir. Antropoloji nəzəriyyəyə görə keçid mərasimləri üç mərhələdən ibarətdir: ayrılma, liminal vəziyyət və reinteqrasiya. Yel çərşənbəsi məhz liminal – aralıq mərhələdir. Qış artıq tam hökmran deyil, yaz isə hələ tam gəlməyib. Bu aralıq zaman kosmik qeyri-sabitlik dövrüdür və ritual vasitəsilə nizamlanır.
Tonqal qalamaq, küləyə səslənmək, ağaclara parça bağlamaq, fal açmaq – bütün bu davranışlar təsadüfi folklor detalı deyil, simvolik hərəkətlər sistemidir. İnsan ritual vasitəsilə kosmosun yenilənməsində iştirak edir.
Yel Baba: mifoloji obrazın genezisi. Yel Baba xalq təsəvvüründə küləyi idarə edən müqəddəs varlıqdır. O, həm xeyirxah, həm də sərt ola bilər. Bu ambivalentlik təbiətin öz xarakterindən qaynaqlanır: külək həm bərəkət gətirir, həm də dağıda bilər.
Yel Baba obrazının kökləri qədim türk inanc sisteminə gedib çıxır. Şamanist dünyagörüşündə təbiət ruhlarla doludur. Hər ünsürün öz sahibi var. Yel də sahibsiz deyil; onun ruhu, ağsaqqalı, qoruyucusu mövcuddur.
Yel Baba antropomorf xüsusiyyətlərə malikdir: o eşidir, cavab verir, inciyir, sevindirir. Bu xüsusiyyətlər insanın təbiətə münasibətini etik çərçivəyə salır. İnsan küləyə hörmətsizlik etsə, fırtına ilə cəzalandırıla bilər; ehtiram göstərsə, bol məhsul qazana bilər.
Bədii təxəyyüldə Yel Baba ağ saqqallı, nurani qoca kimi təsvir olunur. Bu təsvir müdriklik və zaman simvoludur. Külək isə zamanın özüdür – görünməz, lakin hərəkətdə.
Xalqımızın mifik görüşlərində də Yel tanrısına inam güclüdür. Həm Novruz mərasimlərində, həm də taxıl yığılan dövrdə və s. Yel tanrısına ehtiyac duyulur, nəğmələr oxunur. Bu nəğmələrdə Yel güc, qüdrət, yaratmaq, bolluq gətirmək, sürüləri artırmaq qüdrətinə malikdir. Yel çərşənbəsi daha təmtəraqlı keçirilir. Yel baba bu çərşənbədə öyülür, o yerin donunu açır, odu gətirir, günəşin qarşısını kəsən «qara buludları qovur», xalq bu çərşənbəylə bağlı maraqlı, poetik cəhətdən gözəl deyimləri nəsillərə ötürüb.
A Yel baba, xeyir baba.
Əs hoyur-hoyur, babam!
Fatma bacımın yumağı,
Əskik olmaz qonağı.
Xalq içində «Yel baba»yla yanaşı, «Yel nənə» ifadəsi də mərasimlərdə səslənir.
Qonaq oldu Yel nənəm.
Şirin-şəkər dil nənəm.
Yel babam Oğanımdır,
Yel nənəm Uğanımdır.
Oğanım qismətimdir,
Uğanım ismətimdir.
Oğanım hərəkətdir,
Uğanım bərəkətdir.
A Yel babam, xeyir babam.
Əs hoyur-hoyur, babam!
A Yel babam, Yel babam,
Qurban sənə, gəl, babam!
Əs, əs, yel olsun, quz olsun,
Ürəklər, diləklər düz olsun.
A Yel babam, Yel babam.
A gül babam, gül babam!
Sən əsəndə bağça-bağ gül olur,
Gül olur, bülbül olur.
A Yel babam, Yel babam.
A gül babam, gül babam.
Əs hoyur-hoyur, babam,
Bil dərdimi, xeyir babam!
Ağ yelim, ağ yelim,
Əs silkinsin dölüm.
Qoyun-quzu mələşsin.
Çöl-çəməni dolaşsın.
Əs, əs, ağ günüm mənim,
Əs, əs, dinim-diləyim.
Əs, taxıllar tel-tel olsun,
Süfrədə duz çörək bol olsun!
Əs, əs, küləyim əs,
Əs, əs, diləyim, əs.
A Yel babam, Yel babam,
A gül babam, gül babam!
Sən əsəndə gül olur,
Gül olur, bülbül olur!
A Yel babam, Yel babam,
A gül babam, gül babam!
Ağ yel şəhdi-şəkərdi,
Qara yel zəqqum-zəhərdi.
Ağ yel ata, oğuldu.
Qara yel namərd-çuğuldur.
Al azarımı-bezarımı.
Yel baba, deməli, azarlığı, uzurluğu aparandır.
Bol et sən bazarımı.
Uğurlu et güzarımı!
Ay Yel babam, Yel babam,
A gül babam, gül babam!
Əs hoyur-hoyur babam,
A Yel babam, əsə gəl,
El-obanı kəsə gəl.
Ünüm çıxdı göylərə,
Dəsmal gətir yasa gəl!
A Yel babam, Yel əs gətir,
Xeyir-xəbər səs gətir.
Yeni ilin yeni ayında,
Yeddi ilin yeni ayında,
Yeddi əmlik kəs gətir.
A Yel babam, dilək ver,
İgidlərə ürək ver!
Uğurda olanlara,
Əs, əs xeyir xəbər ver (1.s.48-49).
Yel çərşənbəsində «oğlanlar tonqal qalayır, lopa fırladır, atəşfəşanlıq edir, bacalardan qurşaq, papaq, dəsmal atıb bayram payı istərkən qızlar qulaq falına çıxır, niyyətlə kilidi qıfıllayıb açarı götürür və çölə çıxanda ilk eşitdiyi sözü niyyətinə yozardı. Elə buna görə də küsülülərin barışdığı, ürəklərin sevinc və fərəhlə kövrəldiyi bu günlərdə dalaşmaq, ağır söz söyləmək olmazdı. Axı bunu qulaq falına çıxan adam eşidib, bütün il boyu kədərlənərdi» (2.s.160-161).
İnanclar və kollektiv psixologiya.Yel çərşənbəsində əsən küləyin istiqaməti ilə bağlı müxtəlif yozumlar mövcuddur. Cənub küləyi istilik və bolluq əlaməti sayılır, şimal küləyi sərtlik və gecikmiş yazın işarəsi kimi qəbul edilir. Bu inanclar meteoroloji müşahidələrin mifoloji interpretasiyasıdır.
Kənd yerlərində ağacların budaqlarına lent bağlamaq adəti geniş yayılıb. Arzu külək vasitəsilə göyə çatdırılır. Bu praktikada yel kommunikativ funksiya daşıyır: o, insanla ilahi aləm arasında vasitəçi kimi çıxış edir.
Digər bir inancda deyilir ki, Yel çərşənbəsi gecəsi evlərin qapı-pəncərəsi açıq saxlanmalıdır ki, təzə yel daxil olub köhnə havanı aparsın. Bu davranış həm fiziki, həm də simvolik təmizlənmə aktıdır. Köhnə ilin ağırlığı yel ilə uzaqlaşdırılır.
Kollektiv psixologiya baxımından bu mərasim insanlarda yenilənmə hissi yaradır. Qışın uzun passivliyindən sonra hərəkət ehtiyacı oyanır. Yel çərşənbəsi bu enerjini legitimləşdirir.
Ritual estetika və poetik kod. Yel çərşənbəsinin poetikası səs və hərəkət üzərində qurulub. Küləyin uğultusu, tonqalın şaqqıltısı, insanların şən səsləri birlikdə akustik məkan yaradır. Bu məkan mifoloji teatr kimidir.
Folklor nümunələrində yel obrazı tez-tez metafora kimi işlədilir:
“Yel kimi keçdi” – zamanın sürəti
“Yel apardı” – itki
“Yel verdi” – ilham
Bu ifadələr göstərir ki, yel kollektiv şüurun dərin qatında semantik mərkəzə malikdir.
Ritual estetikanın əsas prinsipi təkrardır. Hər il eyni mərasimlərin icrası zamanın dövri modelini təsdiqləyir. Dövri zaman mifoloji şüurun əsas kateqoriyasıdır; burada başlanğıc və son eyni nöqtədə qovuşur.
***
Müasir dövrdə Yel çərşənbəsinə yalnız folklor qalığı kimi baxmaq doğru olmaz. O, ekoloji şüurun formalaşmasında mühüm rol oynaya bilər. Təbiət ünsürlərinə hörmət ideyası arxaik inanclarda mövcuddur.
Yelə ehtiram – havaya, atmosferə, iqlimə hörmət deməkdir. İqlim dəyişikliklərinin yaşandığı bir dövrdə bu simvolik düşüncə yenidən aktuallaşır. Arxaik mifoloji model müasir ekoloji etikaya transformasiya oluna bilər.
Beləliklə, Yel çərşənbəsi təkcə keçmişin mirası deyil, gələcəyin də mədəni resursudur.
Sosial-fəlsəfi interpretasiya. Yel çərşənbəsi fərdi deyil, kollektiv hadisədir. O, icmanı bir araya gətirir, sosial bağları möhkəmləndirir. Birgə tonqal qalamaq, birgə arzu diləmək sosial həmrəyliyin rituallaşdırılmış formasıdır.
Fəlsəfi baxımdan yel azadlıq metaforasıdır. Onu saxlamaq mümkün deyil. Bu azadlıq ideyası insanın daxili aləminə də şamil olunur. Yel çərşənbəsi insanın içindəki donu açır, onu hərəkətə çağırır.
Keçid mərasimi olaraq Yel çərşənbəsi transformasiyanı legitimləşdirir. İnsan köhnə kimliyindən ayrılır, yeni mərhələyə qədəm qoyur. Bu proses həm psixoloji, həm də mədəni səviyyədə baş verir.
Müqayisəli mifoloji baxış. Türk xalqlarının müxtəlif bölgələrində külək kultunun izlərinə rast gəlinir. Orta Asiya inanclarında külək ruhları məhsuldarlıq və hava hadisələri ilə əlaqələndirilir. Anadolu folklorunda da külək müqəddəs güc kimi təsəvvür olunur.
Bu paralellər göstərir ki, Yel çərşənbəsi lokal hadisə deyil, ümumtürk mifoloji sisteminin fraqmentidir. Onun kökləri ortaq arxaik yaddaşa söykənir.
Bədii düşüncədə Yel. Ədəbiyyatda yel çox vaxt zamanın və taleyin simvoludur. Şair üçün yel ilhamdır; yazıçı üçün dəyişmənin metaforasıdır. Publisistik diskursda isə yel yenilənmə çağırışıdır.
Yel çərşənbəsi bu metaforik qatların real ritual zəminidir. Burada mif və məişət, poeziya və praktika qovuşur.
Kosmik nəfəsin çağırışı. Yel çərşənbəsi Novruz sistemində hərəkətin və ruhun bayramıdır. O, insanın təbiətlə dialoqunun arxaik forması, kollektiv yaddaşın yaşayan qatıdır. Yel Baba obrazı bu yaddaşın personifikasiyasıdır – görünməz, lakin hiss olunan kosmik gücün simasıdır.
Bu mərasim göstərir ki, mədəniyyət yalnız maddi irs deyil, həm də nəfəsdir. Hər il əsən yaz küləyi kimi o da yenilənir.
Yel çərşənbəsi bizə xatırladır: kainat dayanmış mexanizm deyil, nəfəs alan canlı sistemdir. İnsan isə bu nəfəsin bir parçasıdır. Külək əsdikcə yaddaş yaşayır, yaddaş yaşadıqca isə mif ölmür.
Beləliklə, Yel çərşənbəsi həm mifoloji model, həm sosial institut, həm də poetik simvoldur. Onun elmi-nəzəri təhlili göstərir ki, bu mərasimdə kosmoqoniya, estetika və kollektiv psixologiya bir nöqtədə birləşir.
Yel əsir. Torpaq oyanır. İnsan yenilənir. Və zaman öz dövrünü tamamlayaraq yenidən başlanğıca qayıdır.
Ədəbiyyat
1. M. Həkimov Oğuz-tərəkəmə xalq mərasimləri və meydan tamaşaları. Maarif nəşriyyatı. Bakı. 1997.2.
2. Əzizə Cəfərzadə «Novruz Bayramı». «Dədə Qorqud» (elmi-ədəbi toplu), I, Bakı. «Səda» nəşriyyatı. 2004.