Gecəydi. Göz işləməyən bir vaxt həmişəki kimi taksidə müştəri gözləyirdim. Artıq uzun müddətdi gecə növbəsində olduğum üçün demək olar səssizliyə alışmışam. Amma birdən bu sükutu bir səs pozodu . Bu incə bir qadın səsi idi. O:
-Axşamınız xeyir, boşsuz? -dedi.
Çevrilib ona baxanda altında dayandığım böyük “ Holding” dən çıxdığını zənn etdim. Çünki , az öncə heç bir tərəfdən kiminsə gəldiyini görməmişdim. Onun salamını alıb: - Bəli xanım, boşam. Buyurun, hara lazım idi? – deyə soruşdum.
Ünvanı dedikdən sonra maşına əyləşib yola düşdük.
Amma bie az getdikdən sonra adamın içindəki bir hiss var ki, bax o başladı məndə narahatlıq yaratmağa. Güzgüdən arasıra ona baxırdım. Axı o mənə haradansa yanış gəlirdi. Hər dəfədə daha çox yadıma düşmək istəyirdi haradansa..Amma hardan?
Axırda dözməyib dedim: – Xanım, üzr istəyirəm, elə bil sizi haradansa tanıyıram?
Amma bunu deməyimə beşman oldum. Heç gözləməydiyim şəkildə qəzəblənib – bilmirəm harada görümüsüz ya görməmisiz, bunun nə sizə nə də mənə nə dəxli . Zəhmət olmasa yolunuza baxın – deyə cavab verdi.
Əslinə baxsaq onuda qınamalı deyil. Heç indiki dövrdə də xanıma elə sual verərlər?. Əlbəttdəki kim olsa səhv başa düşər. Düzdü həmin an çox pis pərt oldum. Amma özümü ələ alıb üzrxahlıq etməyə başladım:
n Xanım, siz Allah bağışlayın, səhv başa düşdünüz. Pis niyyətim yox idi inanın . Sadəcə düşündüm ki, bəlkə hardansa ortaq tanışlığımız ola bilər. – dedim.
Düzdü cavab vermədi, amma ofuldayıb, pufuldamağından heçdə razı qalmadığı hiss olunurdu.
Bir az yol getmişdik ki, birdən elə bil ya haradansa kimsə özünü maşına çırpdı ya qaranlıq olduğu üçün nəyə dəydiyimi anlamadım. Heçnə də başa düşmədim . Axı bu nə idi. Xanımda məndə şokda idik . Bir təhər özümə gəlib aşağı düşdüm . Yavaş yavaş önə gəldim. İrəlidə , maşından 1 addım qabaqda bir adam yolun ortasında uzanmışdı. Yavaş-yavaş yaxınlaşdım. Qaranlıqda tanıya bilmirdim. Amma elə ki, üzünü gördüm...
– Elmaar?! – deyə təəccüblə baxdım.
Eyni anda qadın da maşından düşüb artıq həmin yerə yaxınlaşmışdı və bu anda o da qışqırdı:
– Elmaaar!
Elə bil səsim exo verdi. İlk olaraq nə baş verdiyini anlaya bilmədim. Qadın diz çökdü, titrəyə-titrəyə dedi:
– O mənim sevgilimdi...
Şokdaydım. Nə deyəcəyimi bilmədim. Elə bil bu ikici şok idi mənim üçün. Amma vaxt itirmədən onu maşına qoyub xəstəxanaya apardıq. Yol boyu arxa oturacaqda qadın, Elmarın başını dizinə qoyub ağlayırdı.
Qadın hönkür-hönkür: – Heç bilirsiniz o kimdi?Sizə bilirsiz nə edərlər? O sizi məhv elətdirər.- qəzəblənə deyirdi.
Bu anlarda içimdə bir gülüş., bir təəsüf hissi keçirdi. Amma səssiz qalırdım.
– Ay xanım, ölməyib də, şükür. Uzaq başı huşunyn itirib yəqinki, onuda həkimlər düzəldər. Həm də, çoxda öyünməyin , onu mən dəo tanıyıram . O mənim sinif yoldaşım olub, 9 il. Bəli bu sizin Elmar. Amma 9cu sinifə kimi , sonra ayrıldıq, mən şoferilə sənəd verdim , o isə oxuyub “vəkil” oldu.
Bunu deyəndə qadının sifəti dəyişdi. Anlamışdı ki, artıq oyun oynamaq çətindir.
Bu izahatdan sonra artıq xəstəxanaya çatmış olduq. Həkimlər onu palataya apardı. Mən və həmən xanım də bir tərəfdə oturub gözləyirdik. Amma içimdə yenə də nəsə bir narahatlıq qurdalanırdı.
“Axı bu xanım bunun necə sevgilisi ola bilər?” – deyə düşünürdüm.
Bir az keçmişdiki qadına zəng gəldi. Telefonu açmaq üçün oradan uzaqlaşdı. Amma bu anda daha əvvəlki həyəcanı, kədəri hiss olunmurdu. Zəng gələndə isə ümumiyyətlə az qala sevinirdi. Bütün bunları görüb məni maraq dahada boğurdu. Yenədə dözməyib onun ardınca getdim . Bir az məsafə qalmış dayandım. Eşitdiklərimə inanmadım, bu nə danışır axı, elə əvvəldən düz hiss etmişdimki bu fərli birinə oxşamırdı. O telefonda kiməsə;
- Salam əzizim, necəsən? Nə yaxşı zəng etdin , neçə vaxtdı haralarda itib batmısan,? Sənin üçün darıxmışan baalımm. Nə? İndi,? Yoox indi bir az işlərim var , amma bir azdan sənə zəng edib dəqiq söz deyəcəm. Oldu hələlik- deyib sağollaşdı.
Ağlım çaşdı, deməli bu qadın başqa birilə dəəə?
Qadın zəngdən sonra gülümsəyərək qayıtdı. Amma mənim ona baxışım artıq dəyişmişdi. Və mən hər şeyi anlamışdım. Ona görə də bir dost olaraq öz borcumu yerinə yetirib Elmarı onun əlindən qurtarmalı idim.
Özümü artistliyə vurum başladım oyun oynamağa. Divanda oturub , ağlayırmış kimi əlimi başıma qoydum.
Qadın bunu görüb: –“ Ay kişi, sizə nə oldu, yoxsa Elmardan bir xəbər var? – deyə soruşdu.
Özümü itirməyib başladım küləkləməyə:
– Xanım, siz gedəndən sonra həkim gəlmişdi, dedimə Elmar qorxunun və zərbənin təsirindən şok keçirib. Ona görə də bir müddət yeriyə bilməyəcək. Amma siz narahat olmayın. Məncə sizin sevginiz onu ayaqda saxlayacaq.
O bu sözləri eşidən kimi özünü itirib:
– Nə, mən neyləyəcəm indi? Bu ola bilməz, axı mən necə yaşaya bilərəm onun bu vəziyyətində” deyib getdi.
Belədə bilirdim, axı bunun kimiləri insanı yox, onun pulunu , sağlığını sevirlər.
O getdiydən sonra mən də dalınca düşdüm. Xəstəxanadan çıxdı. Qıraq bir yerdə dayanıb zəng etdi. Bir neçə dəqiqə sonra bahalı maşın gəldi. Maşından düşən cavan , yaraşıqlı oğlanla öpüşüb, gülüşüb, maşına oturdular, getdilər.
Bax o an içimdə bir aramlıq gəldi. Elmar azından canını bu yalandan qurtardı. Qayıtdım içəri. Bu anda həkim gəlib onun vəziyyətinin yaxşı olduğunu , bir azdan palatadan çıxa biləcəyini xəbər verdi. Helə andaca Palataya keçdim. Qapını açan kimi Elmar:
– Oktay? – dedi.
Gülümsədim. Qucaqladıq bir-birimizi.
– Elmar! – dedim, – sənə nə olub belə?
O isə heç nə xatırlamırdı. Oturdum, sakitcə danışdım, başına gələnləri, qadını, sevgini, xəyanəti... Hamısını.
Səssizcə qucaqladı məni. Gözlərində peşmanlıq vardı. Sonra birlikdə xəstəxanadan çıxdıq.
O siqaret çəkəcəm deyib məndən bir az vaxt istədi. Məndə maşına əyləşib onu gözlədim . Amma pəncərədən baxanda gördüm kimisə yığır. Uzun müddət gözləməyindən və danışmamağından zəng etdiyi adama zəng çatmadığını düşündüm.
Artıq o hadisədən uzun müddət keçib . İndi biz Elmarla bir yerdə işləyirik. Öz ofisimiz, işimiz, məşğuliyyətimiz var . Söhbətlərimiz gülüşlü, həyatımız sabit keçir. Amma O günü heç vaxt unutmuram
Və hər dəfə arvad-uşaqla süfrə arxasında oturanda... düşünürəm:
O qəza bir xəbərdarlıq idi. Sadəcə avtomobilin yox, həyatın toqquşmasıydı...
SON