2025-12-02
İlham Alışzadə
TALEYİN ZƏNGİ
Hər şey bir zəngdən başladı. Bəlkə də hələ 20 il əvvəldən başlamışdı bu hekayə. Amma artıq bütün suallara bir zəng cavab verməyə məcbur oldu.
Belə ki adi gecələrdən biri idi. Xəstəxanada hər kəs öz işi ilə məşğul idi. Həkimlər öz otaqlarında , xəstələr palatada, resepşində həmişəki kimi telefon və kompüter arxasında əyləşmişdi. Ambulans sürücülərini isə az qala yuxu basırdı. Amma birdən bütün bu sükutu, balansı resepşinə gələn zəng pozdu.
Xanım telefonu götürüb cavab verdi: - Salam, siz X xəstəxanasına zəng vurmusuz. Buyurun, sizə necə kömək edə bilərik?
Telefonda olan xanım , həyəcanlı və təngnəfəs şəkildə: - Alo, alo, həkim, həkim lazımdı. Babamın vəziyyəti çox ağırdır. Xahiş edirəm tez gəlin. Əgər geciksəz o ölə bilər. Xahiş edirəm.
Resepşindəki xanım vaxt itirmədən cəld ünvanı da öyrənib qeyd etdi. Və zəng vuran xanıma sakitləşdirici bir neçə söz deyib, həkimlərin qısa müddət ərzində orada olacaqlarını bildirdi. Sonra dərhal gecə növbəsində olan həkimlərə məlumatı ötürdü.
Beləliklə həkimlər vaxt itirmədən ambulunsa , sürücü isə sükan arxasına əyləşib səssiz və zülmət dollu gecədə növbəti insan taleyi uğrunda yola düşdülər. Çox qısa müddətdə qeyd edilən ünvana çatmış oldular. Sürücüdən başqa bütün həkim heyəti cəld evə qalxdılar. Onlar evə çıxmaq üçün təxminən 4-5 mərtəbə qalmış oldular. Və nəhayət qeyd edilən nömrəli qapıya çatdılar. Zəngi vuran kimi telefonda danışan həmin o həyəcanlı, təxminən 15-16 yaşında olan qız uşağı eyni həyəcanla qapını açıb onları yataqda uzanmış xəstə babasının yanına apardı və eyni tonda :
- Xahiş edirəm həkim, babama kömək edin. Mənim bu həyatda ondan başqa heç kimim yoxdur. Artıq neçə vaxtdır ki xəstə yatır. Amma son bir neçə gündür tamam zəifləyib.
Həkimlər onu sakitləşdirib, həmən qocanın səhhətini analiz etdilər. İynə vurub, bir iki dərman verdikdən sonra onun təcili sürətdə xəstəxanaya yerləşdirilməli olduğunu bildirdilər. Yoxsa onun üçün çox çətin və halının daha da pisləşəcəyini dedilər.
Kişi və nəvəsi bir qədər düşündükdən sonra heç bir etiraz etmədən razılaşdılar. Nəvə hazırlıq görməyə başlayıb: - Təki babam sağalsın, nə lazımdırsa mən edərəm - deyə dodağının altında sanki səsli düşünürdü.
Bütün hazırlıqları gördükdən sonra bir məsələ qaldı. Axı babanı aşağı necə düşərək? O demək olar ki çox zəif və halsız idi. Həkimlər isə hər biri qadın idi. Onların ona gücü çatmazdı axı. Buna görə də məcbur olub ambulansın sürücüsünə kömək etmək lazım olduğunu xəbər verdilər. Oda məmnuniyyətlə : -Baş üstə , indi gəlirəm - deyib , qısa müddətdə orada oldu. Amma heç gözləmədiyi bir mənzərə və şəxslə qarşı-qarşıya dayandı.
Otağa daxil olanda qocanı görər görmə dünya aləm başına fırlandı. Yerində donub , bir qədər fikrə getdi: “Yəni bu doğurdan odu? Aradan bəlkə də nə az nə çox 20 il keçmiş olar. Bu necə ola bilər axı”- deyə düşüncələrə daldı. Qoca çətinliklə də olsa gözlərini açıb yumurdu. Bu arada oda sürücünü gördü . Bu dəfə gözləri əvvəlkindən daha böyük açılıb oda ona baxa-baxa qaldı. Amma o qədərdə halı olmadığı üçün heç bir söz demədi. Və yenidən gözlərini yumdu. Bunu görən sürücü özünə gəlib, həmdə artıq daha çox diqqət cəlb etdiyini görüb : “ Üzr istəyirəm, bir az yuxuluyam, həmdə yorğun. Ona görə hərəkətsiz qaldım. Buyurun, mən nə etməliyəm? “-deyə elə bil əsas məsələni və keçmişi ört-basdır etdi.
Xülasə, bir təhər qocanı aşağı düşürdükdən sonra ambulansa yerləşdirib xəstəxanaya gətirdilər. Amma sürücü onu görəndən bəri içi içini yeyir, narahatlıqdan özünə yer tapa bilməyirdi. Hətta onu xəstəxanaya yerləşdirdikdən sonra uzun müddət sükan arxasında fikirli halda qaldı. Amma axırda özündə cəsarət tapıb qocanın yerləşdiyi palatanın qarşısına gəldi. Orada onun gözü yaşlı nəvəsinin divanda əyləşib için-için ağladığı gördü. Asta- asta ona yaxınlaşıb təskinlik verməyə başladı:
- Ağlama qızım, yəqin ki tanıdın məni, bayaq sizi gətirən ambulansın sürücüsüyəm
– Tanıdım sizi əmi, babamı gətirməyə kömək etdiyinizə görə də təşəkkür edirəm. Bilirsiz, mənim ondan başqa heç kimim yoxdur. Bircə xalam var oda çoxdan ailə qurub xaricə köçüb. Babama görə çox qorxuram . Axı gözümü açandan bəri ondan və xalamdan başqa heç kimim olmayıb. İndi isə tək babam var”- deyib gözlərindən yaş süzüldü. Sürücü bütün bu sözlərdən sonra pis olsa da amma yenə də ona oxşamağa davam etdi.
- Səni başa düşürəm mənim balam. Mən özümdə çətinliklər, sıxıntılar içində böyümüşəm. Amma sən heç narahat olma. Mən artıq neçə vaxtı burada işləyirəm. Buranın həkimləri çox təcrübəli və peşəkardır. Babanı tez bir zamanda sağaldıb özünə gətirəcəklər - deyib onu qolları arasında qucaqladı. Qız da sanki hazırda ən çox ehtiyacı olan şeyin bu olduğunu hiss edib onu bir doğması kimi bərk- bərk qucaqladı.
Səhər açılanda qız özünü palataların birində yatıb qaldığını gördü. Yenicə bütün bunların yuxu olduğunu inanırdı ki birdən başının üstündə dünən gecə qoynuna sığındığı sürücünü görüb onu yenidən ağlamaq tutdu. Və o yenə də ayağa qalxıb onu qucaqladı. Sürücü yenə də onu sakitləşdirməyə başladı.
-Yox, yox ağlama gözəl bala. Hər şey yaxşıdır, hər şey artıq geridə qaldı. Dünən gecə səni yuxu tutduqda, həkimlər sənin burda qalmağının mənasız, babanın isə hələ ki oyanmadığını dedilər. Onda onlardan xahiş etdim boş palataların birində səni üçün bir gecəlik yer düzəltsinlər - deyib olanları ona anlatmağa başladı. Qız daha toparlanıb özünə gəlməyə başladı.
-Sizə nə qədər təşəkkür etsəm də yenə də azdı əmi, axı bütün bunların altından necə çıxacam? – deyib için içinə çəkdi
- Sən nə danışırsan, gözəlim?!. Heç narahat olma, kim olsa idi bunları edərdi. Guya mən nə etmişəm ki?- deyə onu ovundurdu.
Amma o ona nə qədər qayğı , dəstək göstərsə də onun qədər oda qocanın oyanmasını gözləyirdi. Dünəndən başlayan narahatlığı, beynində yaranan suallar hələ bir qramda olsun azalmamışdı.
Qız sakitləşdikdən sonra sürücü onu xəstəxananın bufetinə aparıb çay və şirniyyat sifariş verdi. Bir yerdə səhər yeməyi yeyib bir az həmsöhbət oldular. Söhbət əsnasında sürücü qızdan onu anası atası , bir sözlə keçmişi barədə bir sıra məsələlərə aydınlıq gətirmiş oldu. Belə ki sən demə onun anası hələ o dünyaya gəldikdə dünyasını dəyişibmiş. Ondan sonra isə o xalası və babasının himayəsində qalmalı olub. Amma 13-14 yaşına çatdıqda xalasında artıq ailə qurmaq yaşına çatmış və ailə qurub xaricə köçübmüş. Onda sonra o babasının himayəsində və onun aylıq aldığı təqaüdlə dolanmağa başlayıblar. Amma zaman keçdikcə yaş özünü göstərir. Babada günü-gündən zəifləyir. Və budu hal hazırda artıq son həddə xəstəyə yerləşdirilmiş olub. Bütün bunları öyrəndikdən sonra və ən əsası da onun anasının ölümünü öyrəndikdə sanki sürücünün qəlbinə bir xəncər sancdılar.
İkinci şoku da burada almış oldu sürücü. Bütün eşitdiklərindən, ananın ölümündən son dərəcə təsirlənsə də özünü itirməməyə çalışdı.
-Narahat olma , İnşallah hər şey yaxşı olacaq. Sən rahat-rahat yemini ye , mən də indi gəlirəm. Amma heç yerə getmə ha, gələrəm bir yerdə çıxarıq həkimin yanına, babanın vəziyyətini xəbər alarıq, yaxşı?- deyib onu arxayınlaşdırdı. Özü isə çölə çıxıb bir az hava aldıqdan sonra cəld həkimin yanına qalxdı. Həkim onun dostu olduğu üçün ona xəstənin ayıldığını, amma o qədərdə yaxşı olmadığını bildirdi.
Nə bilmək olardı bəlkə də son nəfəsləri idi indi onun. Vaxt itirmədən dostu olduğu həkimdən xahiş edib gecədən bəri beynində yaranan suallara cavab tapmaq üçün qocanın palatasına daxil ola bildi. O otağa daxil olan kimi qocanın cəld ona çöndüyünü və sanki onu gözləyirmiş kimi heç təəccüblənmədi də . Elə bil sürücü kimi oda dünəndən onunla görüşmək və keçmişdən bu günə olanları danışmaq istəyirmiş.
Sürücü ona baxa- baxa salamsız kəlamsız sakitcə gəlib çarpayının yanındakı stulda əyləşdi. Bir azda baxışdıqdan sonra özünü toparlayıb.
-Salam Vaqif əmi, indi necəsiz – deyə sözə başladı.
– Salam, nəvəm, mənim nəvəm haradadır ?- deyə ilk sözünü nəvəsi ilə başladı. . Sürücü isə naratlığa əsasında olmadığını, onu səhər yeməyi üçün bufetə düşürdüyünü və rahat söhbət üçün bu şəraiti yaratdığını dedi.
Bundan sonra qocanın ürəyinə sanki rahatlıq hopdu və indi hər şeyin danışa biləcəyini hiss etdi.
–Deməli belə Fərid bala, düzü desəm məndə dünən səni görəndə çox təəccübləndim , hətta əvvəl gözlərimə inanmadım. Elə bildim artıq son nəfəsimdi deyə mələklər keçmiş səhvlərimə görə məni sorğu sual etməyə gəliblər. Bəli düz eşitdin . Onu biləsən ki artıq sənə və qızıma qarşı nə qədər böyük səhv etdiyimi anlamışam. Bəlkə də o səhvlərimin cəzasıdır ki, indi burada həm canımla əlləşirəm həmdə bircə nəvəmin halının məndən sonra necə olacağını sual altına atmış oluram. Əgər 20 il əvvəl mən səni sevən qızımı səndən ayırıb başqa birinə məcbur verməsə idim bəlkə də hər şey başqa cür olardı- deyib qəhərləndiyi üçün susdu.
Gözləri yaşla doldu. Sürücü isə sakitcə ona qulaq asırdı. Susduğunu görüb fürsətdən istifadə edib sanki ürəyini boşaltmaq zamanı gəldiyini düşündü.
– Əslində yenə də səhv edirsiz Vaqif müəllim. Axı siz qızınızı və o vaxtı mənim yeganə sevdiyim adamı məndən elə belə ayırmadınız. Bəlkə də yadınızdan çıxıb, amma inanmıram yadınızdan çıxa . Xatırladım ki, o vaxtı məni adicə taksi sürücüsü olduğum üçün qızınızı və özünüzü mənə yaraşdırmadınız. Bəlkə də düz etmiş oldunuz. Axı siz atasız. Sizin üçün qızınızın xoşbəxt, sıxıntısız, qayğısız yaşamı hər şeydən önəmli idi. Amma onda qızınızın sevgisini, duyğularını , daxili istəklərini deyil hər zaman müvəqqəti qalacaq xarici varlıqları – pulu, imkanı şöhrəti düşündünüz . Bəlkə də qızınız övladını dünyaya gətirəndə yox, hələ o vaxtı ölmüşdü. Amma sizin ürəyinizcə olsun deyə özündə güc tapıb yaşayırdı. Amma mənə bir sualda qaranlıq qalıb:” Bəs görəsən sizin onu verdiyiniz şəxs onu və sizi xoşbəxt edə bildimi?” – deyə hiddətlə və qəti şəkildə sual verdi.
Qoca özünü toparlayıb sözə başladı:
-Nə desən tam haqlısan, bəlkə də o səninlə çox xoşbəxt olacaqdı. Amma səndən ayırıb onu verdiyim rusiyalı iş adamı nəyinki onu xoşbəxt etmək heç dünyaya gələn qızına da sahib çıxmadı. Gördüyün nəvəm var ha , o qızımdan mənə qalan yeganə əmanətdir. Qızımın bütün arzuların puç etdim. Amma özümə söz vermişəm ki onun övladını bir an olsun əziyyət, sıxıntı çəkməyə qoymayacam. Bəlkə onda o məni o dünyada bağışlayar. Onu səndən ayırdıqdan sonra bir varlı dostum vardı. Rusiyada yaşayırdı. Onu onun oğluna ərə verdim. Amma toydan 1,2 ay keçdikdən sonra bəzi işlərini yoluna qoymaq üçün Rusiyaya gedəcəyini qısa müddətdə də qayıdacağına söz verdi. Əvvəl ara-sıra zəng etsə də amma bir müddətdən sonra nə zənglərə cavab verdi nədəki telefonuna zəng çatı. O-bu daha ondan xəbər yoxdur. Amma yadımdadır ki bir dəfə başqa bir nömrədən bir qadın zəng edib bir daha bizi narahat etməməyimizi demişdi. Ondan sonra qızımda , məndə çox stresslər, çətinliklər keçirdik. 3,4 ay keçdikdən sonra da qızımın hamilə olduğu üzə çıxdı. Bir tərəfdən stresslər bir tərəfdən də vaxtı ilə sənə olan sevgisinin həsrəti onun doğuş zamanı ölümünə səbəb oldu. Son nəfəsində məni yanına çağırıb dedi ki, qızıma Fəridin sevdiyi adı , Arzu adını qoyarsan. Və gözlərini əbədi yumdu. Ondan sonra mən yalnız kiçik qızım və olanların indiyə kimi heç birindən xəbərsiz olan o körpə ilə tək qaldım. Kiçik qızım onu 13-14 yaşına kimi baxdıqdan sonra artıq ailə qurub xaricə köçdü . Məndə bir müddət tək başına ona baxdıqdan sonra artıq yaşım sözümə baxmadı. Yavaş-yavaş gəlib çıxdım bu vəziyyətə. – deyib yenidən hönkürtü ilə ağladı - məni bağışla Fərid , oğlum - Deyə əlavə etdi.
Bütün bu olanlara Fəridində gözləri doldu.
- Bir bilsəz sizin kimi valideynlərə və elə əclaflara görə nə qədər qızlar bədbəxt olur. Sizin kimi yüngül vəzifəli işlərdə işləyənləri aşağılayan insalara görə nə qədər insan övladını məcbur istəmədiyi ixtisaslarda oxudur. Və nə qədər insan öz işindən utanır. Düzdü o vaxtı mən taksi sürücüsü idim . Qazancımda o qədər yaxşı deyildi. Amma əsas odur halal pulumu qazanıb, tək anamı və özümü dolandıra bilirdim. Və inanıram ki qızınızda xoşbəxt edə bilərdim. Necə ki , ondan sonra mən başqa bir kasıb ailənin qızı ilə və ən əsası məni sevən biri ilə ailə qurdum. Heç bilirsiz , onunla yaşadığım dövrdə bir dəfədə olsun imkana, yaşayışa görə şikayətlənmədən , xoşbəxt ömür keçiririk. Düzdü bu günə kimi övladımız olmasa da yenə də ümidimizi itirməyib səbir edirik. Və xoşbəxt dolanırıq. Və sizin o vaxtı taksi sürücüsü kimi baxdığınız bu şəxs indi hər gün neçə neçə həyatı ilə əlləşən insanı ünvanına , sağlamlığına çatdırmağa tələsir. “- dedi. Onun üzündə kədər, həsrətə , göz yaşları görünsə də amma keçmişdəki məğlubiyyətinin qarşısında böyük bir qələbə çalmışdı.
- Bala, indi mənim artıq son nəfəsimdi. Haqqını halal et və bacarsan məni bağışla, o bircə nəvəm isə sənə əmanətdir, əgər bu canım imkan versə ona hər şeyi başa salacam , amma ömrüm imkan verməsə onu da sənə tapşırıram. O çox düşüncəli və başa düşən uşaqdır. “- deyib susdu.
Fərid cəld bayıra çıxıb qızı çağırmaq istəyirdi ki qapını açanda artıq onu qapının yanında gözü yaşlı ağlayan gördü və artıq anladı ki, o hər şeyi eşidim. Daha sonra özü də babası ilə danışıb söhbətləşdi. Ardan 10 il keçdi və Arzu onu atası hesab etdiyi Fərid və ona əsl analıq etdiyi Fəridin həyat yoldaşı Arzunun hüquq təhsilini bitirdiyini qeyd ediblər. İndi kim bilir o keçdiyi bu ömür yolunda, qarşılaşdığı haqsızlıqların nəticəsində neçə neçə məcburi evliliklərin qarşısını alacaq, ailəsini atıb gedənlərin cəzasını verəcək və sevənləri qanunla bir birilərinə qovuşduracaq.